Əhalinin təbii qazla təminatı diqqətdə saxlanılır

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuşiş planına əsasən ardıcıl tədbirlər görülür.

Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən 2021-ci ilin yanvar ayı ərzində “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 300 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 288-i əhali və 12-si qeyri-əhali abonentlərdir. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 1 fevral 2021-ci il tarixə 20 min 530, o cümlədən cari ilin yanvar ayında 48 qaz sayğacı quraşdırılmışdır. Bu işlər davam etdirilir. Ötən ay Qaz İstismar Xidmətinə tabe şəhər, rayon Qaz İstismarı idarələrinin qəza-dispetçer sahələrinin 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qaz sızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1040 çağırış daxil olmuşdur. Qaz şəbəkəsində 482 qaz sızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq şəkildə bu sızmalar aradan qaldırılmışdır. Yanvar ayında yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə olunmuşdur. Muxtar respublikada yerli Qaz İstismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.