Əhalinin fasiləsiz qazla təminatı ötən il də diqqətdə saxlanılıb

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən müşavirədə çıxış edən Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov bildirmişdir ki, ötən il ərzində də əhalinin və digər istehlakçıların fasiləsiz, təhlükəsiz təbii qazla təchizatının təmin olunmasına xüsusi diqqət yetirilmişdir.

Hesabat ilində yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi, təbii fəlakət, sel, daşqın zamanı zərərçəkmiş qaz xətlərinin yenidən qurulması işlərinin görülməsi ilə əlaqədar istifadə olunan müxtəlif diametrli polietilen və dəmir boruların uzunluğu 193288 p/m olmuşdur. Xidmətin nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyası qrafik üzrə qaz təsərrüfatında istismarda olan nəzarət-ölçü cihazlarının kalibrlənmə işlərinin metroloji təminatını keyfiyyətli, təhlükəsiz həyata keçirilmiş avadanlıqlara texniki xidmət və profilaktik qulluq göstərilmişdir. Muxtar respublikada qaz təsərrüfatı şəbəkəsində qaz dedektorları vasitəsilə 7731 ədəd sızma aşkarlanmış və sızmalar texniki istismar qaydalarına uyğun olaraq aradan qaldırılmışdır. Qeyd edilmişdir ki, şəhər, rayon Qaz İstismar idarələrinin qəza dispetçer sahələrində təbii qaz istehlakçıları tərəfindən qaz sızması, qazın təzyiqinin düşməsi, tənzimləyicilərin dayanması və digər bu kimi səbəblərə görə ilin 12 ayı ərzində 12304 çağırış daxil olmuşdur. Çağırışlara vaxtında gedilmiş, bütün işlər təlimata uyğun yerinə yetirilərək təhlükəsiz və fasiləsiz təbii qazın nəqli bərpa olunmuşdur. Sonda məruzə ətrafında çıxışlar dinlənilmişdir.