Naxçıvan Dövlət Rəsm Qalareyasına ziyarət edilmişdir

“Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təşkil olunur. Bu tədbirlər maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğ olunmasına daha geniş imkanlar açmışdır.

   Dekabrın 29-da “Naxçıvanqaz” İstehsalat Birliyinin kollektivi Naxçıvan Dövlət  Rəsm Qalareyasını ziyarət etmiş, Azərbaycanın və muxtar respublikanın tanınmış rəssamlarının müxtəlif janrlarda çəkdikləri əsərlərə maraqla baxmışlar.

“Naxçıvanqaz” İstehsalat 

Birliyinin mətbuat xidməti

“Naxçıvan” əlahiddə sərhəd diviziyasının “N” saylı zastavasına bayram sovqatı aparılmışdır

2018-ci il dekabr ayının 28-də “Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən “Naxçıvan” əlahiddə sərhəd diviziyasının “N” saylı zastavasına bayram sovqatı aparılmışdır.

   Tədbirdə çıxış edən “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda uğurla davam etdirilir. Yüz yaşlı Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir. Ən əsası isə bu gün sarsılmaz xalq-ordu birliyinə nail olunub. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər muxtar respublikamızda uğurla davam etdirilir. 

Ətraflı: “Naxçıvan” əlahiddə sərhəd diviziyasının “N” saylı zastavasına bayram sovqatı aparılmışdır

Naxçıvanda Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

 Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
 Tədbirdə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib.Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 95-ci ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik məktubunu oxumuşdur. Daha sonra Baş konsul çıxış edərək Türkiyə Cümhuriyyətinin yaranmasından və keçdiyi inkişaf yolundan danışmışdır.

Ətraflı: Naxçıvanda Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Qarşıda duran vəzifələr müzakirə edilmişdir

Bu il avqustun 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclisin Sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqətin artırılması ilə bağlı tapşırıq verib. 2018-ci ilin istehsalat fəaliyyəti ilə bağlı görüləcək tədbirlər planına əsasən, qaz təsərrüfatında xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsi artırmaq məqsədlə onların ixtisas hazırlığına cəlb olunması nəzərə alınmışdır.

Ətraflı: Qarşıda duran vəzifələr müzakirə edilmişdir