PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQ VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRLƏ BAĞLI İCLAS KEÇİRİLİB

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən iclasda xidmətin rəisi Ramin İsmayılov məruzə ilə çıxış edib. Bildirib ki, payız-qış mövsümündə təbii qaza olan tələbatın artması ilə əlaqədar sutka ərzində qaz nəqlinin texnoloji rejimi və qaz sərfinin qeydiyyatı nəzarətdə saxlanılır.

Qazpaylayıcı stansiyalarda avadanlıqlara texniki xidmət işləri qrafik üzrə təşkil edilib. Təbii qazın mexaniki qarışıqlardan təmizlənməsi üçün tətbiq olunan qaztəmizləyici seperator və süzgəclərə, texnologiyaya uyğun qurulmuş bağlayıcı avadanlıqlara, təzyiq tənzimləyicilərə, qaz sərfinin hesablanması və alqı-satqısı işlərinin reallaşdırılması üçün qaz sərfini ölçən cihazlara və bütün texnoloji avadanlıqlara zəruri texniki xidmət göstərilib. Təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi təmin edilib. Qeyd olunub ki, magistral qaz kəmərləri qaz nəqli və təchizatısisteminin ən əhəmiyyətli qovşağıdır. Yeraltı yüksək və ortatəzyiqli magistral qaz kəmərləri üzərində istismar olunan elektrokimyəvi mühafizə qurğularına (13 katod stansiyasına, 1 drenaj qurğusuna) nəzarət edilib, ardıcıl olaraq anod yataqları yoxlanılıb, kəmərboyu potensiallar fərqi nəzarətdə saxlanılıb, katod stansiyalarında qidalandırıcı transformatorlara xidmətin göstərilməsi kimi işlər görülüb və bu işlər qrafikə uyğun davam etdirilir. Həmçinin Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərində təzyiqin artırılması məqsədilə Naxçıvan şəhər qazpaylayıcı stansiyasında yeni qaz kompressorstansiyasının qurulması üçün üçtərəfli müqavilə imzalanıb, kompressor stansiyasına lazımi avadanlıqlar sifariş verilib və stansiyanın ilin sonunadək quraşdırılması nəzərdə tutulur. Sonra məruzə ətrafında çıxışlar dinlənilib