TƏBİİ QAZA OLAN TƏLƏBAT ÖDƏNİLİR

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq edilmiş iş planına əsasən ardıcıl tədbirlər görülmüşdür.

Ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən cəmi 143 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 140-ı əhali, 3-ü qeyri-əhali abonentidir. Hesabat dövründə qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığı diqqətdə saxlanılmış, yerli qaz istismar idarələrinin işçiləri Naxçıvan Regional Peşə Tədris Mərkəzində sentyabr ayının 1-dən başlanan qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursuna cəlb olunmuşlar. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, avqust ayında 48 qaz sayğacı quraşdırılmışdır. Bu işlər davam etdirilir. Hesabat dövründə Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismar idarələrinin qəzadispetçer sahələrinə 24 saat aktiv olan 104 nömrəli qaynar xəttinə təbii qaz istehlakçılarından qazsızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəzabərpa işlərinə görə, ümumilikdə, 1191 çağırış daxil olmuşdur. Ötən ay muxtar respublikanın qaz şəbəkəsində 623 qazsızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraq bu sızmalar aradan qaldırılmış, ay ərzində yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə edilmişdir. Təbii qazın istifadəsinə nəzarət avqust ayında da diqqətdə saxlanılmış, muxtar respublikanın yaşayış məntəqələrində yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri və şəhər, rayon qaz istismar idarələrinin işçiləri ilə birgə intensiv olaraq reydlər keçirilmiş, aşkarlanmış nöqsanlara və sayğaca müdaxiləyə görə 1 abonentə cərimə tətbiq olunmuşdur. Muxtar respublikada yerli qaz istismar idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.                                                                                                                                                                                                                         Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti