Təbii qazla təminat diqqətdə saxlanılır

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsal sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.

Bu, ötən ay da uğurla həyata keçirilmişdir. Belə ki, muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən ay ərzində “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən daxil olan müraciətlərə əsasən 111 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 98-i əhali, 13-ü qeyri-əhali abonentdir. Ötən ay Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilmiş, 1 yanvar 2021-ci il tarixə cəmi 20482, o cümlədən ötən ilin dekabr ayında 28 qaz sayğacı quraşdırılmışdır. Bu işlər davam etdirilir. Qaz İstismar Xidmətinə tabe şəhər, rayon qaz istismarı idarələrinin qəza-dispetçer sahələrinin 24 saat aktiv olan 104 nömrəli qaynar xəttinə təbii qaz istehlakçılarından qazsızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1224 çağırış daxil olmuşdur. Ay ərzində qaz şəbəkəsində 575 qazsızması aşkarlanmış, texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq şəkildə aradan qaldırılmışdır. Hesabat ayında yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi zamanı qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir- tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi üçün müxtəlif diametrli borulardan istifadə olunmuşdur. Muxtar respublikada yerli qaz istismarı idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılmışdır.

                                                  Naxçıvan Muxtar Respublikası

Qaz İstismar Xidməti