Muxtar respublikada istehlakçılar dayanıqlı mavi yanacaqla təmin olunur

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.

 

Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür. 1980-ci ildə Naxçıvan MuxtarRespublikasına yüksəktəzyiqli qaz xətti çəkilmiş, yaşayış məntəqələrinin 52 faizimavi yanacaqla təmin edilmişdir. Lakin ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində muxtarrespublika blokada vəziyyətinə düşmüş, bütün kommunikasiya xətləri kəsilmiş, o cümlədən qazın ötürülməsi dayandırılmışdı. Uzun fasilədən sonra – 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa edilmiş və yaşayış məntəqələri tam qazlaşdırılmışdır. Hazırda muxtar respublikada 92 min 862 qaz istehlakçısı vardır ki, bundan 89 min 927-si əhali, 2935-i isə qeyri-əhali abonentdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”. Muxtar respublikada qaz təsərrüfatının inkişafı daim diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2013-cü ildə 27,9 kilometr uzunluğunda Naxçıvan-Şahbuz ortatəzyiqli magistral qaz kəməri istifadəyə verilmişdir. Bundan başqa, uzunluğu 76,6 kilometr olan Naxçıvan-Sədərək magistral qaz kəməri 558,8 millimetr diametrli 8 millimetr qalınlıqda izolyasiyalı borularla yenidən çəkilmişdir. Naxçıvan MuxtarRespublikasında təbii qaz təchizatının yaxşılaşdırılması və etibarlılığının artırılması istiqamətində ardıcıl tədbirlər görülür. İstehlakçıların fasiləsiz və təhlükəsiz mavi yanacaqla təminatını diqqət mərkəzində saxlayan xidmətin kollektivi qarşıda duran vəzifələri uğurla yerinə yetirir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə əlaqədar müvafiq sosial obyektlərin, inzibati binaların qaz təchizatı yenidən qurulur. Təbii qazdan səmərəli istifadəni təmin etmək məqsədilə təzyiqin normalara uyğun saxlanılması üçün texnoloji rejim yaradılmış və sərfiyyat qeydiyyatının aparılması ciddi nəzarətə götürülmüşdür. Muxtar respublikanın qaz təsərrüfatında idarəetmə sisteminin daha da təkmilləşdirilməsi istehlakçıların təbii qazla etibarlı təminatına şərait yaratmışdır. Muxtar respublikada qaz təsərrüfatında infrastrukturun təkmilləşdirilməsi məsələləri də daim diqqətdə saxlanılır. Bu tədbirlər çərçivəsində aşağıtəzyiqli qazdan istifadə edən istehlak obyektlərində smartkarttipli elektron qaz sayğaclarının quraşdırılması davam etdirilir. Bu günə qədər 20 min 911 smartkarttipli elektron qaz sayğacı və 53 min 835 mühafizə qutusu quraşdırılmışdır. Muxtar respublikada təbii qaz istehlakçıları tərəfindən istifadə olunan və qaz təsərrüfatında istismarda olan nəzarət-ölçü cihazlarının yoxlanma və kalibrlənməsi laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya qazpaylayıcı stansiyalarda müvafiq işlərin, nəzarət-ölçü cihazlarının və texnoloji avadanlıqların kalibrlənməsini, onların kalibrlənmə prosedurlarını, həmçinin digər normativ-texniki sənədlərin tələblərinə uyğun aparılmasını təmin edir. Kadr potensialının artırılması, qaz istismar sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi vacib məsələdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 25 avqust 2016-cı il tarixli Qərarı ilə ixtisasartırma kursları siyahısına Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi də daxil edilmişdir. 2016-cı ildən başlayaraq Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinin ixtisasartırma kursu fəaliyyətə başlamışdır. Naxçıvan Regional PeşəTədrisMərkəzində bəhs olunan peşələrin ixtisasartırma kurslarına, ümumilikdə, 256 işçi cəlb olunmuş, onlara sertifikat təqdimedilmişdir. Naxçıvan MuxtarRespublikasıAli Məclisi Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan DövlətTexniki Kollecinin İstilik təchizatları və istilik texnikası avadanlıqları ixtisası Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə hamiliyə verilmişdir. Sərəncamın icrasını təmin etməkməqsədilə xidmətdə layihələrin dəyərləndirilməsini həyata keçirən “Ekspert qrupu” və ictimai əsaslarla fəaliyyət göstərən “Mərkəz” yaradılmışdır. Hamiliyə verilən müvafiq ixtisas üzrə tələbələrin tədrisinə köməklik etmək məqsədilə xidmət tərəfindən kollecdə Qaz təchizatı avadanlıqları kabinəsi yaradılmış, kabinə qaz təsərrüfatında istifadə olunanmüxtəlif avadanlıqlarla təchiz edilmişdir. Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi enerji təhlükəsizliyinin təmin olunmasına, ətraf mühitin qorunmasına da mühüm töhfə verir. Belə ki, muxtar respublikanın təbii qazla davamlı və keyfiyyətli təminatı təbiətin qorunmasında vəekosistemin zənginləşdirilməsində əhəmiyyətli rola malikdir. Muxtar respublikada əhalinin fasiləsiz təbii qazla təchizatının yaxşılaşdırılması məqsədilə Naxçıvan şəhər qazpaylayıcı stansiyanın yaxınlığında qaz kompressorstansiyası tikilmişdir. Stansiya Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərində qazın təzyiqini 38 atmosferdən 70 atmosfer gücünə qaldırmağa malikdir. Əlavə olaraq ümumi xətdə hər hansı bir qəza baş verərsə, əhali abonentləri 8-10 gün müddətinə qazla təmin etməyə qadirdir. Bu kompressor hesabına muxtar respublikanın qaz təsərrüfatı sisteminə gün ərzində əlavə olaraq 600 min kubmetr təbii qazın verilməsi mümkündür. Təbii qaz təchizatının etibarlılığını və səmərəliliyini artırmaq üçün Naxçıvan-Sədərək yüksəktəzyiqli magistral qaz kəmərinin üzərindəki kran meydançasından, “Naxçıvan Qaz Turbin – Sement Zavod” qazpaylayıcı stansiyasına zavod şəraitində izolyasiya olunmuş polad borularla yüksəktəzyiqli yeraltı ötürücü yeni qaz kəməri çəkilmişdir. İstehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün sistemin müasirləşdirilməsi işinin davam etdirilməsi məqsədilə istismarda olan təzyiq və qaztənzimləyicilərinin, daşıyıcı, paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının və digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində işlər nəzarətdə saxlanılır. “Naxçıvan” və “Modul” qazpaylayıcıstansiyasında olanROC-407 qaz sayğacının istismar müddətinin başa çatması və ehtiyat hissələrinin istehsalının dayanmasını nəzərə alaraq hər bir stansiyada Almaniya istehsalı olan G-650 markalı Elster tipli 2 qaz sayğacı quraşdırılmışdır. Onlardan 1-i istismara verilmiş, digəri isə ehtiyatda saxlanılmışdır. Qaz İstismar Xidmətinin qaz paylayıcı stansiyalarında Elstersənaye elektron qaz sayğacları üçün qaz nəqli proseslərinin uzaq məsafədən idarə edilməsi və operativ nəzarəti üzrə informasiya-ölçü qeydiyyat sistemi yaradılmışdır. Naxçıvan şəhəri üzrə dairəvi yeraltı ortatəzyiqli paylayıcı qaz kəməri üzərində korroziyaya qarşı mühafizə üçün katod mühafizə avadanlığı quraşdırılmışdır. Təbii qazdan təhlükəsiz və səmərəli istifadə olunması məqsədilə abonentlərin maarifləndirilməsinə xüsusi diqqət yetirilir, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün mütəmadi olaraq iş aparılır. Təbii qazdan səmərəli istifadə edilməsi və qaz sayğaclarına müdaxilələrin aradan qaldırılması məqsədilə hüquq-mühafizə orqanları ilə birlikdə davamlı olaraq reydlər keçirilir. Qaz təsərrüfatı işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək, abonentlərin təbii qazla fasiləsiz təminatı üçün səylə çalışacaqlar.

                                       Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti