Azərbaycanda əhalinin qaz limitləri dekabrın 31-dən yanvarın 1-nə keçən gecə sıfırlanacaq

Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Ölkədə əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcminin:

  • 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik,
  • 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik,
  • 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik ödəyir