Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti XƏBƏRDARLIQ EDİR! QADAĞANDIR!

-Qaz cihazları quraşdırılmış otaqların təmiri zamanı texniki normaların pozulmasına səbəb ola bilən işlərin aparılması.

-Qİİ-nin razılığı olmadan qaz cihazlarının yerinin dəyişdirilməsi və ya əlavə qaz cihazlarının quraşdırılması.

-Uşaqların və qazdan istifadə etməyi bacarmayan şəxslərin istifadə etmələri.

-Paltarların qaz plitəsinin alovunda qurudulması.

-Tüstü bacası çəkməyən qaz cihazlarından istifadə edilməsi.

-Qeyri-standart cihazlardan, borulardan və rezin birləşmələrdən istifadə edilməsi.

-Qaz cihazlarının nəzarətsiz halda yanılı vəziyyətdə qoyulması.

-Qaz iyi hiss etdikdə elektrik avadanlıqlarının şəbəkəyə qoşulması və şəbəkədən çıxarılması, açıq alovdan istifadə edilməsi.

 

Qaz iyi hiss etdikdə, təcili 104 №-li

Qəza xidmətinə məlumat verin!!!

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Qaz cihazlarından təhlükəsiz istifadə qaydaları

-Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq arxayın olun ki, qaz sızması yoxdur və otağın havasını dəyişin.

-Kibrit yandırmazdan əvvəl, qaz cihazlarındakı vintillərin vəziyyətini yoxlayın – onlar bağlı olmalıdır.

-Su qızdırıcısının, divar, radiator və ya istilik sobasının tüstü bacasının tüstünü necə çəkməsini yoxlayın.

-Qaz cihazlarından təhlükəsiz istifadə qaydalarına ciddi riayət etməklə istifadə edin, cihazları təmiz və saz vəziyyətdə saxlayın.

-Qaz iyi hiss etdikdə, təcili olaraq 104 №-li telefonla yaşadığınız ərazi üzrə qaz istismar idarəsinə məlumat verin.

-Qaz cihazlarından təhlükəsiz istifadə qaydalarına ciddi riayət edin, bununla Siz özünüzün və ailənizin təhlükəsizliyini təmin etmiş olarsınız.

Ötən ay 106 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən noyabr ayında 106 mənzil (ev) və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun 86-sı əhali, 20-si isə qeyri-əhali abonentdir.

Ətraflı: Ötən ay 106 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

Ötən ay 58 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

    Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən oktyabr ayında 58 mənzil (ev) və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun 51-i əhali abonenti,7-si isə qeyri-əhali abonentidir.

Ətraflı: Ötən ay 58 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb