Vətəndaşların nəzərinə!

                                           Azərbaycan Respublikası 

                       Naxçıvan Muxtar Respublikası Qaz İstismar  Xidməti

25.11.2023 -cü il tarixdən etibarən qaz çəkilişi ilə bağlı , həmçinin texniki şərtin alınması ilə bağlı ərizələr ASAN xidmət mərkəzlərində qəbul olunacaq. 

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti XƏBƏRDARLIQ EDİR! QADAĞANDIR!

-Qaz cihazları quraşdırılmış otaqların təmiri zamanı texniki normaların pozulmasına səbəb ola bilən işlərin aparılması.

-Qİİ-nin razılığı olmadan qaz cihazlarının yerinin dəyişdirilməsi və ya əlavə qaz cihazlarının quraşdırılması.

-Uşaqların və qazdan istifadə etməyi bacarmayan şəxslərin istifadə etmələri.

-Paltarların qaz plitəsinin alovunda qurudulması.

-Tüstü bacası çəkməyən qaz cihazlarından istifadə edilməsi.

-Qeyri-standart cihazlardan, borulardan və rezin birləşmələrdən istifadə edilməsi.

-Qaz cihazlarının nəzarətsiz halda yanılı vəziyyətdə qoyulması.

-Qaz iyi hiss etdikdə elektrik avadanlıqlarının şəbəkəyə qoşulması və şəbəkədən çıxarılması, açıq alovdan istifadə edilməsi.

 

Qaz iyi hiss etdikdə, təcili 104 №-li

Qəza xidmətinə məlumat verin!!!

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Qaz cihazlarından təhlükəsiz istifadə qaydaları

-Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq arxayın olun ki, qaz sızması yoxdur və otağın havasını dəyişin.

-Kibrit yandırmazdan əvvəl, qaz cihazlarındakı vintillərin vəziyyətini yoxlayın – onlar bağlı olmalıdır.

-Su qızdırıcısının, divar, radiator və ya istilik sobasının tüstü bacasının tüstünü necə çəkməsini yoxlayın.

-Qaz cihazlarından təhlükəsiz istifadə qaydalarına ciddi riayət etməklə istifadə edin, cihazları təmiz və saz vəziyyətdə saxlayın.

-Qaz iyi hiss etdikdə, təcili olaraq 104 №-li telefonla yaşadığınız ərazi üzrə qaz istismar idarəsinə məlumat verin.

-Qaz cihazlarından təhlükəsiz istifadə qaydalarına ciddi riayət edin, bununla Siz özünüzün və ailənizin təhlükəsizliyini təmin etmiş olarsınız.