Naxçıvanda yeni Qaz Kompressor Stansiyası istifadəyə verilib

1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər ƏliyevinAzərbaycana rəhbərseçilməsi ilə ölkəmizin gələcək müstəqilliyinin, davamlı inkişaf və tərəqqi yolunun əsası qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında, eləcə də muxtar respublikada kompleks islahatlar həyata keçirilmiş, geniş quruculuq işləri aparılmışdır. Bu tədbirlərin tərkib hissəsi kimi muxtar respublikaya təbii qazın verilməsinə də başlanılmışdır.

Ətraflı: Naxçıvanda yeni Qaz Kompressor Stansiyası istifadəyə verilib

Təbii qazla təminat diqqətdə saxlanılır

Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsal sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.  May ayında muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 83 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 81-i əhali, 2-si qeyri-əhali abonentdir.

Ətraflı: Təbii qazla təminat diqqətdə saxlanılır

20-si iyun Qaz Təsərrüfatı işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si Qaz Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsisahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində komplekstədbirlər görülmüşdür.

Ətraflı: 20-si iyun Qaz Təsərrüfatı işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur

Əhalinin təbii qazla təminatı diqqətdə saxlanılır

Muxtar respublikanın yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.

Ətraflı: Əhalinin təbii qazla təminatı diqqətdə saxlanılır