Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib

         

2020-ci il iyul ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış üçüncü sessiyası keçirilmişdir. Sessiyanın gündəliyində aşağıdakı məsələlər verilmişdir.

1. 2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları.

2. Cari məsələlər.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasib Talıbov Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə təbii qazın keyfiyyətlə ötürülməsini və yeni mənzillərin qazlaşdırılmasını diqqətdə saxlamalı, istismar olunan avadanlıqlara mövsümə uyğun texniki qulluq göstərilməsi barədə tapşırıq vermişdir.

                                                                          

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatı

 

Nazirlər Kabinetinin 117 nömrəli 25 iyun tarixli “Fərdi yaşayış evlərinin qazlaşdırılması və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərar qəbul olunmuşdur. Bu Qərara əsasən qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı və qaz sayğacınadək istifadə olunan mal-materiallar, həmçinin qazın istehlakçıya çatdırılması üçün 1 (bir) məntəqəyə qədər çəkilən xərclər qazpaylayıcısının vəsaiti hesabına (digər xərclər də daxil olmaqla) quraşdırılır və dəyişdirilir.

İstehsalçılara dayanıqlı təbii qaz verilir

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin fasiləsiz və təhlükəsiz təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən cari ildə daxil olan müraciətlərə əsasən cəmi 276 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 238-i əhali abonentlər və 38-i qeyri-əhali abonentlərdir.

Ətraflı: İstehsalçılara dayanıqlı təbii qaz verilir

Ötən ay 75 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən fevral ayında daxil olan müraciətlərə əsasən cəmi 75 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 69-u əhali və 6-sı isə qeyri-əhali abonentlərdir.

Ətraflı: Ötən ay 75 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb