TƏBİİ QAZA OLAN TƏLƏBAT ÖDƏNİLİR

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq edilmiş iş planına əsasən ardıcıl tədbirlər görülmüşdür.

Ətraflı: TƏBİİ QAZA OLAN TƏLƏBAT ÖDƏNİLİR

PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQ VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRLƏ BAĞLI İCLAS KEÇİRİLİB

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən iclasda xidmətin rəisi Ramin İsmayılov məruzə ilə çıxış edib. Bildirib ki, payız-qış mövsümündə təbii qaza olan tələbatın artması ilə əlaqədar sutka ərzində qaz nəqlinin texnoloji rejimi və qaz sərfinin qeydiyyatı nəzarətdə saxlanılır.

Ətraflı: PAYIZ-QIŞ MÖVSÜMÜNƏ HAZIRLIQ VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRLƏ BAĞLI İCLAS KEÇİRİLİB

ÖTƏN AY 66 MƏNZİL VƏ MÜXTƏLİF TƏYİNATLI OBYEKT QAZLAŞDIRILIB

 

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür. Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən iyul ayında “Naxçıvanqaz” Servis MMC tərəfindən 66 mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun da 65-i əhali, 1-i isə qeyri-əhali abonentdir.

Ətraflı: ÖTƏN AY 66 MƏNZİL VƏ MÜXTƏLİF TƏYİNATLI OBYEKT QAZLAŞDIRILIB

BİRİNCİ YARIM İLİN YEKUNLARI MÜZAKİRƏ OLUNUB, QARŞIDA DURAN VƏZİFƏLƏR MÜƏYYƏNLƏŞDİRİLİB

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində birinci yarımilin yekunları ilə əlaqədar iclası xidmətin rəisi Ramin İsmayılov açıb. Diqqətə çatdırıb ki, muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 90436 olub, bunun da 87739-u əhali, 2697-si isə qeyri-əhali abonentlərdir. Müraciətlərə əsasən cəmi 431 ədəd mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb ki, bunun 389-u əhali, 42-si isə qeyri-əhali abonentlərdir. Vurğulanıb ki, muxtar respublikanın şəhər, rayon qaz istismar idarələrinin qəza dispetçer sahələrində 2020-ci ilin 6 ayı ərzində 5722 çağırış daxil olub. Bəhs olunan dövrdə xidmətin “Servis” stansiyasında istismardan çıxarılan nasaz smartkarttipli məişət qaz sayğacları diaqnostik müayinə və kompüter vasitəsilə test edilərək ortaya çıxan problemləri aradan qaldırmaqla 358 ədəd smartkarttipli elektron məişət qaz sayğacı istismara yararlı vəziyyətə gətirilib. Eyni zamanda əhali qrupundan olan abonentlərin mexaniki qaz sayğaclarının kənar müdaxilələrdən qorunması üçün 221 ədəd mühafizə qutusu quraşdırılıb. Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilib. 1 iyul tarixə, ümumilikdə, 20237, o cümlədən ilin 6 ayı ərzində 256 qaz sayğacı quraşdırılıb. Sonda məruzə ətrafında çıxışlar dinlənilib.