Ötən ay 160 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə qarşıya qoyulan vəzifələrin icrası yanvar ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 160 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılmışdır ki, bunun da 129-u əhali, 31-i qeyri-əhali abonentlərdir.

Ətraflı: Ötən ay 160 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

İstehlakçıların təbii qazla təchizatı diqqət mərkəzindədir

İstehlakçılara verilən təbii qazın dayanıqlı olması üçün sistemin müasirləşdirilməsi işinin davam etdirilməsi məqsədilə istismarda olan təzyiq və qaztənzimləyicilərin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti işlərə nəzarəti daha da artırıb.

Ətraflı: İstehlakçıların təbii qazla təchizatı diqqət mərkəzindədir

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən iclası xidmətin rəisi Ramin İsmayılov açıb. Bildirilib ki, 2019-cu ildə muxtar respublika üzrə təbii qaz istehlakçılarının 1 yanvar 2020-ci il tarixə ümumi sayı 90 min 16 olub ki, bunun 87 min 352-si əhali, 2664-ü qeyri-əhali abonentidir. Muxtar respublikanın şəhər və rayon ərazilərindən ötən ilin 12 ayı ərzində daxil olan müraciətlərə əsasən 1133 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb.

Ətraflı: Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

“NAXÇIVAN” ƏLAHİDDƏ SƏRHƏD DİVİZİYASININ “N” SAYLI ZASTAVASINA BAYRAM SOVQATI APARILMIŞDIR

2019-ci il dekabr ayının 27-də Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən “Naxçıvan” əlahiddə sərhəd diviziyasının “N” saylı zastavasına bayram sovqatı aparılmışdır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda uğurla davam etdirilir. Azərbaycan Silahlı Qüvvələrinin həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir. Ən əsası isə bu gün sarsılmaz xalq-ordu birliyinə nail olunub. Ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər muxtar respublikamızda uğurla davam etdirilir. 

Ətraflı: “NAXÇIVAN” ƏLAHİDDƏ SƏRHƏD DİVİZİYASININ “N” SAYLI ZASTAVASINA BAYRAM SOVQATI APARILMIŞDIR