Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Xəbərdarlıq edir!

Mexaniki və smart tipli sayğaclarda dekabr ayının 31-i saat 00:00-da qaz limiti sıfırlanacaq. Əhali qrupundan olan abonentlər üçün limit 2200 kubmetr olacaq. 2019-ci ilin aprelin 30-da Tarif (qiymət) Şurası ölkədə əhali qrupu üzrə təbii qaza tətbiq edilən limitə yenidən baxaraq, mayın 1-dən 2200 kubmetr həcmində müəyyən edilməsi barədə qərar verib.

Ətraflı: Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti Xəbərdarlıq edir!

Ötən ay 142 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti tərəfindən istehlakçıların fasiləsiz və təhlükəsiz təbii qazla təmin edilməsi məqsədilə qarşıda duran vəzifələr noyabr ayında da davam etdirilmişdir. Belə ki, ötən ay muxtar respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərə əsasən 142 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun da 112-i əhali, 30-u qeyri-əhali abonentlərdir.

Ətraflı: Ötən ay 142 mənzil və müxtəlif təyinatlı obyekt qazlaşdırılıb

Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 12-də Ramin İsmayılovun Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi təyin edilməsi haqqında Fərman imzalayıb.

Ətraflı: Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi

Muxtar Respublikada qaz təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov noyabrın 4-də Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında Sərəncam imzalayıb.

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 6-cı bəndini rəhbər tutaraq muxtar respublikada qaz təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Naxçıvanqaz” İstehsalat Birliyinin əsasında Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yaradılsın.

Ətraflı: Muxtar Respublikada qaz təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi